Samir Rauf oğlu Şərifov
7 sentyabr 1961-ci ildə anadan olmuşdur.
Təhsili:
1983-cü ildə Ukraynada Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib magistr dərəcəsi almışdır.
Əmək fəaliyyəti:
1983 – 1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı;
1991 - 1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini;
1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında, Departament direktoru, Baş direktor;
2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru;
2006-2025-ci illərdə Azərbaycan Respublikasının maliyyə naziri;
2025-ci il - yanvar ayından Azərbaycan Respublikası Baş nazirinin müavini;
Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor;
2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri.
Ailəlidir, üç övladı var.